Ukraynanın, Rusiyanın dəniz hücumlarından müdafiə üçün istehsal etdiyi pilotsuz hərbi qayıq “Sea Baby” 70-80 mm-lik idarə olunmayan raket bələdçiləri və girostabilləşdirilmiş optik-elektron kamera ilə təchiz olunub.
Hafta.az-ın yazdığın görə, görüntülər “Sea Baby” dəniz dronlarının “Qrad” sistemi ilə təchiz olunduğuni göstərir.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bəyan edib ki, Ukrayna ordusu yenilənmiş “Sea Baby”dən ilk dəfə 2023-cü ilin dekabrında istifadə edib. O, həmçinin vurğulayıb ki, Ukraynanın pilotsuz katerləri daim dəyişir.
Mayın 22-də məlum olub ki, “Sea Baby” “Qrad” çoxsaylı buraxılış raket sistemi ilə silahlanıb.
Ukrayna, NATO və xüsusilə İngiltərənin töhfələri ilə Qara dənizdə Rusiya donanmasına qarşı istifadə etmək üçün Pilotsuz Dəniz Vasitələri hazırlayır. Bu vasitələrin köhnə versiyalarına bir çox hücumlar uğurla həyata keçirilib. Dəniz dronlarının daha çox təkmilləşdirilmiş bu versiyalarının Rusiya gəmiləri və Qara dənizdəki limanları üçün ciddi təhlükə yaradacağı gözlənilir.