Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində 8 minə yaxın dinc sakin həlak olub, 10 mindən çox insan yaralanıb, Ukraynanın baş prokuroru Andrey Kostin cinayət prosesinin rəsmi məlumatlarına istinadən bildirib.
Onun sözlərinə görə, ölənlər arasında 430 uşaq var.
Kostin vurğulayıb ki, bu, cinayət prosesinin materiallarında olan yalnız rəsmi, təsdiqlənmiş məlumatlardır.
“İşğal olunmuş ərazilərə girişin mümkünsüzlüyünü və orada, məsələn, Mariupolda baş verənlər haqqında tam təsəvvürün olmadığını nəzərə alsaq, biz bu rəqəmin nə qədər dəhşətli olduğunu güman edə bilərik”, – Kostin İnterfaks-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatları nəticəsində 51 mindən çox mülki infrastruktur obyekti dağıdılıb və zədələnib, onlardan 40 mindən çoxu yaşayış binaları və tikililərdir.
Kostin bildirib ki, 300-dən çox təhsil müəssisəsi tamamilə dağıdılıb, 400-ə yaxın tibb müəssisəsi də zədələnib və ya tamamilə dağılıb.