Yazını böyüt
Yazını kiçilt
Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra tətbiq edilən hərbi vəziyyət rejimi 2022-ci il mayın 25-dək uzadılıb.
Hafta.az ölkə mətbuatına istinadən xəbər verir ki, hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.
Xatırladaq ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti aprelin 25-dək qüvvədə idi.