Ukraynada öldürülən mülki şəxslərin yeni sayı

09:38 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın hücumları nəticəsində Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə BMT rəsmi məlumat yayıb.

 

Bildirilib ki, fervralın 24-dən aprelin 25-dək 2729 dinc sakin ölüb. Onlardan 201 nəfəri uşaqdır.

 

Bundan əlavə, müharibə dövründə 299-u uşaq olmaqla 3111 nəfər xəsarət alıb. Həlak olanların əksəriyyəti mərmi və hava zərbələri nəticəsində dünyasını dəyişib.