Ukraynada öldürülən Vaqner muzdluları - SAYLARI AÇIQLANDI

16:43 21.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ukrayna arasında başlayan müharibənin əsas aktorlarından olan, lakin iştirak etdikləri cinayətlərə görə adları çox çəkilməyən “Vaqner Qrupu”nun muzdluları ilə bağlı xəbər hər kəsi şoka salıb. Rusiyanın çox güvəndiyi “Vaqner” muzdlularının az qala yarısının Ukraynadakı taleyi müəyyənləşib.

Hafta.az bildirir ki, Rusiya prezidenti Putinin Ukrayna prezidenti Zelenskiyə və hökumət üzvlərinə sui-qəsd etmək üçün Kiyevə 400 nəfərlik xüsusi qrup göndərdiyi iddiası müharibənin ilk günlərində ortaya atılıb. Sui-qəsd siyahısında Kiyev meri Vitali Kliçko və onun qardaşı Vladimirin də olduğu bildirilirdi.

400 nəfərlik bu xüsusi dəstənin Vaqnerin muzdluları olduğu iddia edilirdi. Vaqner əsgərləri ilə bağlı xəbərlər bununla bitmədi. Dəfələrlə bəyan edilib ki, müharibə zamanı Ukraynada törədilən bəzi cinayətlərin arxasında bu komanda dayanıb.

Deyirlər ki, onlar ancaq Putinin sözünə baxırlar... Vaqnerin muzdluları çoxlu mülki vətəndaşın ölümünə görə məsuliyyət daşıyırlar.

“Vaqner” qrupunun 8 min əsgərinin Rusiya tərəfindən Ukraynanın müxtəlif bölgələrinə yerləşdirildiyi məlum idi. Britaniya parlamentarilərinin əldə etdiyi son məlumata görə, bu əsgərlərin demək olar ki, yarısı Ukraynadakı münaqişələrdə həlak olub.

Vaqner muzdlularının ölənlərin sayının Qərbin proqnozlaşdırdığı və mənbələrin açıqladığından qat-qat çox olduğu düşünülür. Səlahiyyətlilərin açıqladığı rəqəmlərə görə, ən azı 3000 Vaqner əsgəri cəbhədə həlak olub.

Rusiyanın bütün təkziblərinə baxmayaraq, Almaniya kəşfiyyatı BND rus əsgərlərinin mülki qətlləri müzakirə etdiyi səs yazılarını əldə edib. Almaniyanın iddiasına görə, sözügedən səs yazıları Vaqner Qrupunun da qətliamda iştirak etdiyini və rus əsgərlərinin qəsdən mülki insanları hədəf aldığını sübut edir.

Buçadan alınan səs yazıları qırğının nəzarətdən çıxan əsgərlər tərəfindən fərdi qaydada deyil, sistemli şəkildə həyata keçirildiyini ortaya qoyur.

BND mülki şəxslərin hədəfə alınmasını Rusiyanın hərbi strategiyasının bir hissəsi hesab edir. Alman kəşfiyyat mütəxəssisləri mülki şəxslərin qətlinin mərkəzi sifarişlə törədildiyini açıqlayıb.

BND-nin əldə etdiyi səs yazıları Rusiyanın “uydurma görüntü” iddialarını təkzib etmək üçün Almaniya parlamentinə göndərilib. Kasetlər həmçinin Vaqner Qrupunun qətliamda “əsas rol” oynadığını və oxşar qırğınların ölkənin başqa yerlərində də baş verdiyini göstərir.

Vaqnerdən Kreml tərəfindən “çirkli iş” üçün istifadə edildiyi və onların Putinə çox yaxın olduqları məlumdur. Bu muzdluların Putinin hər əmri ilə hərəkətə keçdiyi deyilir.

Haqqında az şey məlum olan bu bədnam muzdluların Suriyada da Rusiya tərəfindən istifadə edildiyi və adlarının hərbi cinayətlərlə hallandığı bildirilib. Lakin Rusiya bu əlaqələri qəti şəkildə inkar edir və bu muzdluların törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımır.