Ukraynadakı müharibə səbəbindən atmosferə 100 milyon ton CO2 daxil olub

18:54 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində artıq 97 milyon tondan çox istixana qazı atmosferə daxil olub və qlobal istiləşməni sürətləndirib. Rəqəmlər Ukraynanın Təbii Sərvətlər Nazirliyinin BMT-nin iqlim dəyişikliyi üzrə iqlim konfransında (COP27) təqdim etdiyi hesabatda verilib.

Hesabatın müəllifləri, o cümlədən Ukrayna və digər ölkələrdən olan mütəxəssislər müharibə ilə birbaşa əlaqəli olan istixana emissiyalarının beş mənbəyini müəyyən ediblər. Onların hesablamalarına görə, tullantıların yarısı Ukraynada dağıdılmış mülki infrastrukturun yenidən qurulmasının payına düşəcək. Mütəxəssislər buna 135 minə yaxın yaşayış binası, yüzlərlə məktəb, muzey və mağazalar aid ediblər.
İstixana tullantılarının təxminən dörddə biri, əsasən, müharibə zonasında və Ukraynanın şimalında yanğınlardan qaynaqlanır. Hesabat müəllifləri altı mindən çox yanğın qeydə alıblar ki, bu da 2021-ci ilin eyni dövrünün göstəricisindən 122 dəfə çoxdur. Yanğınların ümumi sahəsi 486 min hektara yaxın olub.