Ukraynalı qapıçı çayı üzərək ölkədən QAÇDI

21:16 11.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynalı qapıçı Denis Şelixov Tisa çayını üzərək ölkəsindən qaçıb.

Hafta.az xəbər verir ki, Ukrayna klublarından təklif almayan qolkiper əvvəlcə Rumıniyaya, oradan isə Belarusa gedərək “Slaviya” klubu ilə müqavilə imzalayıb.

Şelixovun iki aydır çayda üzmək üçün məşq etdiyi bildirilib. 

Qeyd edək ki, 35 yaşlı qapıçının son klubu Ukraynada “Viktoriya” olub.