Ukraynanı tərk edən daha 184 azərbaycanlı öz ölkəsinə gəlib

21:10 05.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.

Hafta.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib.