Ukraynanın hazırda əsgər olan gözəllik kraliçası cəbhədə evləndi - DÜNYA BU FOTOLARI DANIŞIR

19:31 28.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fevralın 24-dən Ukraynada müharibə ölkənin hər yerində can almağa davam edərkən cəbhədən hamının böyük marağına səbəb olan görüntülər gəlib. Ukraynalı gözəllik kraliçasının toyu sosial şəbəkələrdə yayılıb.

Dünya 2012-ci ildə Ukrayna Kraliçası və "Miss World" finalçısı olmuş Yevgeniya Prokopenkodan danışır.

Ölkəsində aylarla davam edən müharibəyə biganə qalmayan keçmiş gözəllik kraliçası parlaq həyatından ayrılaraq ordu sıralarına yollanıb.

Orduda vəzifəsini davam etdirən Prokopenko cəbhədə Dünya Evinə girib.

Toy fotolarını sosial media hesabında paylaşan gözəllik kraliçası yaşananları Britaniyanın Daily Star qəzetinə danışıb.

Görüntüləri yayılan Prokopenko, 'Rus dilində səlis danışıram, amma Putinin dilini bilmirəm' deyib və əlavə edib; 'Onun üçün yalnız bir gülləm var.'

Cəhənnəmdə gözəllik kraliçası olduğunu bildirən Prokopenko, cəbhədəki həyata uyğunlaşmaq üçün əlindən gələni etdiyini vurğulayıb.

"Ona deyəcək heç nəyim yoxdur, çünki Putinlə danışmaq yox, hərəkətə keçmək lazımdır", - Prokopenko bildirib.

Son zamanlar iki əks həyat yaşadığını vurğulayan gözəllik kraliçası “mülki həyatda tamamilə fərqli şeylərlə məşğul olurdum. Mənim şəxsi biznesim var idi, orada formam dabanlı ayaqqabı və iş kostyumu idi. Müharibədə hərbi geyim və beret" deyib.