Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə azyaşlıya şiddət göstərildiyi eşidilən video yayılıb. Videonu paylaşan şəxs bildirib ki, hadisə gecə saatlarında baş verib.
Hafta.az-ın məlumatına görə, görüntülərdə qadının azyaşlını təhqir edərək ona şiddət göstərdiyi, təhdid etdiyi eşidilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:
“Həmin şəxsin azyaşlının valideyni olması müəyyən edilib. Polis və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin icrası istiqamətində işlər görülür”.