Uşaq musiqi məktəbi şagirdinin uğuru

14:49 11.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuş Akademik, Xalq və Caz Musiqisi İfaçılarının I Beynəlxalq onlayn müsabiqəsində uğurla çıxış edib.

İdarədən hafta.az-a bildirilib ki, müsabiqə “Fortepiano, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Xalq çalğı alətləri”, “İnstrumental ansambl”, “Vokal”, “Vokal ansamblı” nominasiyaları üzrə 6 yaş qrupu üzrə keçirilib.

Musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev (müəllim - Sevda Rəhimova) 9-12 yaş qrupu üzrə yarışmada “Piano” nominasiyası üzrə “Diplomant” adına layiq görülərək diplomla mükafatlandırılıb.

Oxunma sayı 189