Ötən ilin yanvar ayından bu günə qədər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində dövlət tibb müəssisələrində uşaqlara 400-ə yaxın kardiocərrahiyyə əməliyyatı icra olunub.
Hafta.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini Araz Nəsirov Azərbaycan Pediatriya Cəmiyyətinin birinci Milli Konqresində deyib.
Bildirilib ki, 2020-ci ilin aprelindən bu günə qədər 46 uşağa sümük iliyi köçürülməsi əməliyyatı həyata keçirilib və həmin ildən etibarən Respublika Endokrinoloji Mərkəzində boy hormonu çatışmazlığı diaqnozu qoyulan 1000-dən çox uşaq dövlət tərəfindən müvafiq preparat ilə təmin olunub, 81 eşitmə qüsuru olan uşağa koxlear implantasiya əməliyyatı icra edilib. Bir nəfər uşaqda endoprotezləşdirmə əməliyyatı həyata keçirilib.