Uşaqlarda koronavirus özünü yüngül əlamətlərlə biruzə verir - TƏBİB

17:09 25.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Uşaqlarda koronavirus yüngül əlamətlərlə özünü biruzə verir”.

Hafta.az-ın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, onlarda simptomlar az biruzə verir: “Onlar daha çox yoluxma mənbəyi kimi olur. Bəzi hallarda qızdırma, ürək bulanma müşahidə edilir, eyni zamanda kəskin virus infeksiyaları kimi özünü göstərir. Böyük əksəriyyəti sağalma ilə nətilənir”.