ÜST COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimini üç ay uzadıb

21:00 19.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb.

Bu barədə ÜST-ün Cenevrədəki fövqəladə vəziyyətlərlə bağlı komitəsindən bildirilib.

Komitənin iclasında dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub.

"ÜST-ün baş direktoru COVID-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib. O, komitənin tövsiyyəsi ilə razılaşıb”, - deyə ÜST-ün fövqəladə vəziyyətlərlə bağlı komitəsinin məlumatında vurğulanıb.