ÜST koronavirusla bağlı son statistikanı açıqladı

09:00 07.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı son sutka ərzində 353 mindən çox artıb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 353 528 nəfər yeni koronavirusa yoluxub, 7 192 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 115 653 459, ölənlərin isə 2 571 823 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.