ÜST mənşəyi məlum olmayan virusu araşdırır

09:00 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit halları ilə bağlı araşdırmalar aparırı.

 

Hafta.az xəbər verir ki, bunu ÜST-ün baş elmi işçisi Filippa İsterbruk bildirib.

 

ÜST rəsmisi indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halının təsdiqləndiyini açıqlayıb.

 

O bildirib ki, bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələri nəzərdən keçirilir.

 

"Hazırda kəskin viral hepatitlərə (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozğunluğu və ya qastroenteritə səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib", - İsterburk qeyd edib.