“Uzbekistan Airways” Cənubi Koreyaya uçuşları dayandırıb

12:00 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada koronavirus geniş yayıldığına görə “Uzbekistan Airways” martın 1-dən Seula uçuşları dayandırıb.

Hafta.az xəbər verir ki, fevralın 29-da Seuldan Daşkəndə uçan bütün sərnişinlər müvəqqəti saxlanma yerlərinə göndəriliblər.

Özbəkistan fevral ayında Çinə olan uçuşları da dayandırmışdı.

Aviaşirkətdən bildiriblər ki, Özbəkistana gələn bütün sərnişinlər yoxlamadan keçirildikdən sonra ölkə ərazisinə buraxılır.