Vaqif Cavadov Qazaxıstan klubundan ayrıldı

22:38 13.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan "Turan"ında çalışan azərbaycanlı məşqçi Vaqif Cavadov klubdan ayrılıb.

Hafta.az xəbər verir ki, bu haqda Türküstan təmsilçisindən  məlumat verilib.

O, uğursuz nəticələrə görə bir neçə gün öncə istefaya göndərilən Vladimir Qazzayevin gedişindən sonra klubda qalmaq istəməyib. Vaqif Cavadov Qazzayevin məşqçilər korpusunda yer alırdı. 

Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Emil Balayev də hazırda "Turan" klubunda çıxış edir.