Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib

21:09 15.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin Şuşa mərhələsinin tarixi dəyişdirilib.

Nazirlikdən hafta.az-a bildirilib ki, əvvəlcədən elan edilmiş tarixdən fərqli olaraq, tədbir iyulun 22–23-də keçiriləcək.

Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədii tədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmış şəkildə davam edəcək.