Vaqon tipli ev yanıb

10:52 22.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunda ümumi sahəsi 32 m² olan vaqon tipli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ağsu rayonunda ümumi sahəsi 32 m² olan vaqon tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.