Yazını böyüt
Yazını kiçilt
Ermənistan parlamentinin deputatı Tsovinar Vardanyan və onun bacısı, İrəvan ağsaqqallar şurasının yeni seçilmiş üzvü Nuard Vardanyan Dubayda istirahət edirlər.
Hafta.az xəbər verir ki, “Hraparak” Vardanyan bacılarının sosial şəbəkələrdəki səhifələrində Dubaydan yayımladıqları fotoları təqdim edib.
Xatırladaq ki, onlar Gevorq Vardanyanın (Joko) qızlarıdır. O, 1990-cı illərdə müxtəlif vəzifələrdə çalışıb: 1993-cü ildə Ermənistanın dövlət naziri, 1995-1998-ci illərdə müdafiə nazirinin müavini, 1998-2000-ci illərdə isə ekologiya naziri olub.