Velosipeddən yıxılan azyaşlı ÖLDÜ

22:48 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 8 yaşlı qız velosipeddən yıxılaraq ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü A.Abbasova ağır xəsarətlə xəstəxanaya aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.