VII qrant müsabiqəsinə layihələrin qəbulu davam edir

12:59 13.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytında elanlar bölməsində tanış olmaq mümkündür.