Vilayət Eyvazov yeni rəis təyin etdi

19:31 05.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Samir Çobanov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək həmin bölmənin rəis müavini olub.

Oxunma sayı 1802