Vilayəti yenə hədələdi: “Trampın Qafqaz planı “Zəngəzur dəhlizi”ndən fərqlənmir”

13:40 16.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistan səfiri Qriqor Hakopyanla görüşüb.

Hafta.az-ın yazdığına görə, Vilayəti erməni səfirə deyib ki, Trampın Qafqazla bağlı planı “Zəngəzur dəhlizi”ndən heç nə ilə fərqlənmir. Buna görə də İran həmin plana qəti etiraz edir.

“Təcrübə göstərir ki, amerikalılar əvvəlcə görünüşcə iqtisadi layihələrlə həssas bölgələrə daxil olurlar, lakin tədricən onların iştirakı hərbi və təhlükəsizlik sahəsinə genişlənir. ABŞ-nin hər hansı plan çərçivəsində İran sərhədlərinə girişi açıq təhlükəsizlik nəticələrinə səbəb olacaq”, - o deyib.

Ermənistan səfiri isə görüşdə iki ölkə arasındakı münasibətləri çox vacib və strateji adlandırıb, İranla əlaqələrin inkişafını Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biri hesab edib.