Volın soyqırımından 80 il ötür

19:40 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa Seymi Volın faciəsinin 80-ci ildönümündə həlak olanların xatirəsini yad etmək üçün qətnamə qəbul edib. Sənəddə bildirilib ki, Polşa-Ukrayna barışığına “günahı etiraf etmək və qurbanların xatirəsini ehtiramla yad etmək” daxil edilməlidir.

Hafta.az-ın “Onet”a istinadən yazdığına görə, səsvermədə iştirak edən 440 deputatın hamısı qətnamənin “lehinə” səs verib.

Sənəddə 1943-cü il iyulun 11-də Volınya hadisələri xatırladılır. Amma sonda vurğulanır ki, “İllər boyu hər iki xalqın nümayəndələri tərəfindən qurulan Polşa-Ukrayna barışığına həm də günahın etirafı və İkinci Dünya Müharibəsi illərində həlak olanların xatirəsinin ehtiramla yad edilməsi daxildir”.

Volhinya və Şərqi Qalisiyada polyaklara qarşı törədilən soyqırım necə baş verib?

Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi 16-18-ci əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə söykənir. O dövrdə Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial problemlər, kəndli üsyanları və bu üsyanlara qarşı sərt siyasət ərazidə yaşayan iki xalqın düşmənçiliyinin əsasını qoyub.

Volin qırğınına qədər olan hadisələr 1939-cu ildə Polşanın nasist Almaniyasının hakimiyyəti altına düşməsi ilə başlayıb. Almanlar Polşada apardıqları etnik təmizləməni Ukrayna ərazisinə daxil etdikdən sonra orada millətçi qruplar yaradaq geniş ərazilərə yayıblar. Stefan Banderanın rəhbərliyi ilə Ukraynada yaradılan millətçi Ukrayna Üsyan Ordusu həm Sovet hakimiyyətinə, həm də Ukraynadakı bütün etnik qruplara qarşı sistemli qırğın hərəkatını istiqamətləndirdi. Polşa hökuməti Volin qırğınının qurbanlarının sayının 36750 nəfər olduğunu bildirir. Tarixçilər də 30-40 min arasında bir rəqəmin olduğuna inanırlar.

1992-ci ildə Polşa nümayəndə heyətinin Ukraynada apardığı araşdırmalar zamanı 600-ə yaxın kütləvi məzarlıq aşkar edilib. 2003-cü ildə hadisələrin 60-cı ildönümündə Ukrayna və Polşa hökumətləri birgə bəyanatda bu faciəli hadisələri pislədilər.

Lakin sonrakı dövrdə hər iki ölkənin millətçi hökumətləri hadisələrlə bağlı təxribat xarakterli bəyanatlar verdilər. 2009-cu ildə Polşa hökuməti baş verənlərin soyqırım olduğunu bəyan etdi.

Siyasət rubrikasından digər xəbərlər