Yazını böyüt
Yazını kiçilt
İndoneziyada Levotobi Laki-Laki dağında vulkan püskürməsindən sonra külün hündürlüyü 10 kilometrə çatıb.
Hafta.az xəbər verir ki, yerli hakimiyyət orqanları xəbərdarlıq səviyyəsini ən yüksək həddə qaldırmağa məcbur olublar. Məlumata görə, vulkan oktyabrın 15-nə keçən gecə püskürməyə başlayıb və təxminən 9 dəqiqə davam edib.
Səhər saatlarında vulkan yenidən püskürüb və təxminən üç dəqiqə ərzində 8 kilometr hündürlükdə kül dumanı əmələ gəlib.
Təbiət hadisəsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən insanlar təxliyə ediliblər. Hökumət Maumer şəhərində hava limanını müvəqqəti bağlayıb. /"Reuters"/