“WhatsApp”da daha bir yenilik

12:06 13.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“WhatsApp” bir müddətdir ki, profil şəkilləri üçün skrinşotların bloklanması funksiyası üzərində işləyir.

Hafta.az-ın məlumatına görə, yeni funksiya istifadəçilərin skrinşot çəkməsinə və şəkilləri icazəsiz paylaşmasına mane olan əlavə qoruma funksiyasıdır.

İstifadəçilər profil şəklinin skrinşotunu çəkməyə cəhd etdikdə, "WhatsApp məxfiliyi qorumaq üçün skrinşot çəkməyi qadağan edib" xəbərdarlığı ilə qarşılaşacaq.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Oxunma sayı 113