Xaçmazda 86 yaşlı kişi iti asaraq öldürüb

10:17 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə itin amansızlıqla asılaraq öldürülməsilə bağlı yayılmış görüntülərlə bağlı açıqlama verib.

 

DİN-dən hafta.az-a bildirilib ki, iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub:

 

"Həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı  Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb".