Xalq artisti Əlibaba Məmmədov dünyasını dəyişdi

23:27 25.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.