Yazını böyüt
Yazını kiçilt
Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
Hafta.az xəbər verir ki, bunu açıqlamasında Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib. O, atasının bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.