Xalq artisti Rəmiş vəfat edib

15:32 05.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə Trend-ə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.

O, R.Hüseynovun bir qədər əvvəl vəfat etdiyini deyib.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xalq artisti 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.