Xalq Sizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək - Laçın rayonundan məcburi köçkün Prezidentə minnətdardır

17:18 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezidentimiz.

Əvvəlcə Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının Azərbaycana zəif təsirinin əsas səbəbi Sizin vaxtında verdiyiniz düzgün qərarlardır.

Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır. Dövləti yüksək peşəkarlıqla idarə etməyinizin, xalqın rifahının gündən-günə yaxşılaşmasının nəticəsidir ki, xeyli insan son aylarda işləməsə də, dövlətin qayğısı sayəsində rahat yaşaya və sağlam qala bildi.

Möhtərəm Prezidentimiz, xalq Sizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.

Cənab Prezident, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də Sizi Azərbaycana bəxş etməsidir. Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Məmmədov Şirxan Musa oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi. 

Oxunma sayı 154