Xankəndidə silah-sursat aşkarlandı

10:24 06.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.