Xankəndidə silah-sursat aşkarlandı

11:21 24.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Oxunma sayı 174