Yazını böyüt
Yazını kiçilt
Xankəndindəki guya “blokada şəraitində” qalan, “aclıqdan, susuzluqdan ölən, qazsızlıqdan, işıqsızlıqdan əziyyət çəkən” hayklar yeni dərs ili üçün məktəbli çantaları istehsal edir.
Hafta.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bu barədə baş separatçı Araik Arutyunyanın müşaviri Lusine Qaraxanyan öz “Facebook” səhifəsində paylaşım edib.
“Bu il birinci sinif şagirdləri Artsaxda hazırlanmış məktəb çantalarını daşıyacaqlar. Bu gözəl proqram “Ermənistan Təhsil Fondu” sayəsində həyata keçirilir. Nə bəxtiyardır təhsilə sərmayə qoyanlar”- paylaşımda belə deyilir.
Çantanın üzərində istehsal olunduğu məkan da yazılıb.