Yazını böyüt
Yazını kiçilt
Mediada yayılan informasiyalrdan bəlli olduğu kimi, Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı kontingentinin nəzarətində qalan Xankəndi şəhərinin su təchizatında avqustun 7-dən ciddi problemlər yaranıb.
Hafta.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, artıq 5-ci gündür ki, Xankəndindəki 74 yaşayış binasına, yaxud şəhərin 30 faizinə, ümumiyyətlə, su verilmir. Dünən axşam saatlarında su təchizatıyla məşğul olan qanunsuz qurum erməniləri şəhərin 20 küçəsində su verilişinin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Xankəndində son günlər ciddi su probleminin yaranmasına səbəb kimi kəskin istilərlə əlaqədar çayların quruması göstərilir.