Xaricdən onlayn sifarişlərimizi kimlər, necə və neçəyə çatdırır - ARAŞDIRMA

16:42 06.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Türk Lirəsinin dəyərdən düşməsi bu ölkədən onlayn alış-veriş edənlərin sayını birəbeş artırıb. Belə olan halda yükdaşıma şirkətlərinin üzərinə böyük iş düşür.  Sərfəli alış-veriş etmək istəyən hər kəs həm cibinə uyğun, həm də etibarlı və güvənilir karqo şirkəti axtarışına çıxır. Bəzən sosial şəbəkələrdə logistika ilə məşğul şirkətlərin işə məsuliyyətsiz yanaşması, gətirilən qab-qacaq yaxud da həssas qablaşdırılmış kosmetik vasitələrin sınması, hətta nisbətən bahalı elektronik əşyaların itməsi kimi şikayətlərlə qarşılaşmaq mümkündür. Kimi deyir, “daşıma şirkəti bahalı məhsulumun “arxasına keçdi””, kimi də deyir, “yükü elə bil atla gətiriblər, sınan əşyalar yararsız hala düşür”.

Hazırda ölkədə onlarla karqo şirkəti mövcuddur. Qiymətlərinə gəldikdə isə, hafta.az olaraq bununla bağlı araşdırma apardıq. Nəticəni sizlərə təqdim edirik:

Mobex ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək – 1.33 $

100q-dan 200q-dək - 2.22 $

200q-dan 500q-dək - 3.33 $

500q-dan 750q-dək - 3.99 $

750q-dan 1kq-dək - 4.44 $

Limak ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək -         1.00 $

100q-dan 250q-dək - 2.00 $

250q-dan 500q-dək - 3.00 $

500q-dan 700q-dək - 4.00 $

700q-dan 1kq-dək - 4.50 $

Vadi ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək -         0.8 $

100q-dan 250q-dək – 1.6 $

250q-dan 500q-dək - 2.4 $

500q-dan 750q-dək – 2.98 $

750q-dan 1kq-dək – 3.33 $

Airex ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək -         1 $

100q-dan 200q-dək – 2.1 $

200q-dan 500q-dək – 2.5 $

500q-dan 750q-dək - 3.2 $

750q-dan 1kq-dək – 3.2 $

Starex ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək -         1.5 $

100q-dan 250q-dək - 2.5 $

250q-dan 500q-dək - 3.5 $

500q-dan 750q-dək - 4.5 $

750q-dan 1kq-dək - 5.50 $

Dinamik Ekspress ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək -         1 $

100q-dan 250q-dək – 2 $

250q-dan 500q-dək - 3 $

500q-dan 750q-dək - 3.5 $

750q-dan 1kq-dək – 3.9 $

Kanqo ilə Türkiyədən bağlama çatdırma qiymətləri aşağıdakı kimidir:

100q-dək -         0.89 $

100q-dan 250q-dək – 1.49 $

250q-dan 500q-dək - 2.49 $

500q-dan 1kq-dək - 3.49 $

Gördüyünüz kimi, hər qrama görə Türkiyədən məhsulun daşınmasında şirkətlər arasında xeyli fərqlər var.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli saytımızda danışarkən bildirdi ki, ölkədə yükdaşıma üzrə vahid qiymət siyasəti yoxdur. Bu bazar əslində rəqabətli olmalıdır və karqo şirkətləri vətəndaşlara xidmət göstərməlidirlər. Bizdə problem belə şirkətlərin sayının az olması və rəqabətli mühitin formalaşmamasıdır.

İqtisadçının sözlərinə görə, hazırkı vəziyyətdə Türkiyədən ölkəmizə yükdaşımanın qiyməti daha ucuz olmalıdır.  

“Hazırda dünyada daşınma xərcləri getdikcə artır. Amma Türkiyə ilə Azərbaycan arasında hava, quru, hətta bir müddət sonra dəmir yolu nəqliyyatı ilə yükdaşımalar mümkün olacaq. Buna görə bizdə qiymətlər ucuz olmalıdır. Şirkətlər də öz aralarında rəqabət aparmalıdırlar. Bəzi hallarda qiymətin bazarda diqtə olunmasının şahidi oluruq”.

Ekspert hesab edir ki, yükdaşımaların ucuzlaşması və ticarət dövriyyəsinin artırılması üçün, bu sahədə mövcud olan süni maneələrin aradan qaldırılması əsas şərtdir.

Daşıma tariflərinin vergi ilə əlaqəli olub-olmamasına gəldikdə isə N.Cəfərli söyləyir ki, karqo şirkətlərindən alınan vergi standartdır. Onlar da sıradan biznes fəaliyyəti növüdür:

“Tariflərin müəyyənləşdirilməsi bazarda hegemonluq edən şirkətlərin əlindədir. Ona görə vergilərin dəyişdirilməsindənsə fəaliyyət göstərən şirkətlərin sayının artırılması, gömrük himayəsinin aradan qaldırılması qiymətlərin ucuzlaşmasına şərait yaradacaqdır”.

Nəzərinizə çatdıraq ki, bağlamalarla bağlı məlumat almaq üçün zəng etdiyimiz Vadi şirkətinin saytına yerləşdirdiyi yeganə əlaqə nömrəsi 20 dəqiqə xəttə gözlətdikdən sonra zəngdən imtina edir. Hətta bu hal bir neçə dəfə təkrarlanır. Maraqlısı isə odur ki, hər zəng edəndə avtocavab növbədə 9-cu olduğumuzu, sıra bizə çatana qədər xəttə gözləməli olduğumuzu bildirir. Ancaq növbə bizə çatanda zəng avtomatik olaraq imtina olunur.

Onu da deyək ki, hazırda bəzi yükdaşıma şirkətlərində sifarişlərin çoxluğu ilə bağlı gecikmələr də mövcuddur. Biz isə sizə ən bahalı və ucuz çatdırma şirkətlərinin adını və qiymətlərini təqdim etdik. Seçim etmək öz əlinizdədir.

 

Oxunma sayı 54