Yazını böyüt
Yazını kiçilt
Yanvar-oktyabr aylarında Azərbaycandan dəyəri 47,8 milyon ABŞ dolları olan 91,3 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
Hafta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 10 ayda ölkədən, həmçinin 166,7 milyon dollarlıq 675,3 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 3,26 milyon dollarlıq 26,2 min ton maye qaz, 7,7 milyon dollarlıq 119,8 min ton neft koksu göndərilib.