Afrika dövlətləri olan Burkina Faso, Qvineya-Bisau və Ekvatorial Qvineya Mərakeşin Daxla şəhərində öz Baş konsulluqlarını açıblar.
Hafta.az yazır ki, açılış törənində Mərakeşin Xarici işlər və Afrika Əməkdaşlıq və Mərakeşli Qürbətçilər naziri Nasser Bourita, eləcə də Burkina Fasonun XİN başçısı Alfa Barri, Qvineya-Bisaunun XİN başçısı xanım Suzi Karla Barbosa və Ekvatorial Qvineyanın XİN rəhbəri Simeon Oyono Esono Angue iştirak ediblər.

Qeyd edək ki, ayın 17-də Daxlada Qvineya dövlətinin, yanvarın 7-də Qambiyanın, fevralın 28-də Cibutinin, martın 12-də isə Liberiyanın Baş konsulluğu açılmışdı və beləliklər, adıçəkilən şəhərdə fəaliyyətə başlayan konsulluqların sayı 7-yə yüksəlib.

Yeri gəlmişkən, ötən aylar nəticəsində Liberiya, Kot Diuvar, Burundi, Qabon, Mərkəzi Afrıka Respublikası (MAR), San Tome Prinsipe və Komor Adaları dövləti də, Mərakeş Səhrasının başqa bir şəhəri olan Laayunedə öz konsulluqlarını təsis etmişdilər. Bütün bunlar, Mərakeş dövlətinin Səhra məsələsində başqa ölkələr tərəfindən ciddi dəstəklədiyini isbatlayır. Eləcə də, sözügedən konsulluqların həmin bölgədə açılması, Mərakeşin güney ərazilərinin də iqtisadi-sosial inkişafını gücləndirəcək.