Xavi "Barselona"dan təzminat tələb edir

20:54 28.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Barselona"dan istefaya göndərilən baş məşqçi Xavi müqavilənin vaxtından əvvəl ləğv olunmasına görə klubndan təzminat istəyir.

Hafta.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 44 yaşlı mütəxəssis klubdan 2,5 milyon avro tələb edir. Çünki bu, onun özünün 2021-ci ildə "Barselona"ya rəhbərlik etmək üçün "Əl-Sədd"ə ödədiyi təzminat məbləğidir.

Xatırladaq ki, Xavinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulmuşdu. Mayın 24-də klub Xavi ilə yolları ayırmaq barədə qərara gəldiklərini açıqlamışdı.