Yazını böyüt
Yazını kiçilt
Xerson vilayətinin Kaxovka rayonunun Lyubimovka kəndinin başçısı Andrey Ştepa, ilkin məlumata görə, avtomobilin partlaması nəticəsində ölüb. Bu barədə “İnterfaks” rayon administrasiyasının rəhbəri Pavel Filipçuka istinadən məlumat yayıb.
O bildirib ki, maşında yanmış cəsəd və Ştepa adına sənədlər olub.
Filipçukun sözlərinə görə, bu, avtomobilin partlaması olub.
Əlavə edirik ki, Lyubimovka Xerson vilayətində Dnepr çayının sol sahilində yerləşir.