Xəsarət alanlardan 6-sının vəziyyəti ağırdır - TƏBİB

09:06 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda deyilir.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.