Xətai rayonunda yarımtikili YANIR

14:42 06.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xətai rayonu ərazisində yanğın baş verib.

Hafta.az xəbər verir ki, yanğın Cavanşir küçəsində yarımtikililərin birində qeyd alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.