Xəzər dənizində zəlzələ olub

08:25 15.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.

Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.