Xəzər rayonunda açıq ərazidə YANĞIN-YENİLƏNİB

16:56 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.

Bu barədə hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub.

*** 14:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.