Azərbaycanda yenidən zəlzələ oldu - YENİLƏNİB

18:28 08.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində 3.5 maqnitudal zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, yerli vaxtla 18:11-də qeydə alınan yeraltı təkan 51 km dərinlikdə olub.

***

Xəzərdə daha bir zəlzələ olub.

Bu barədə hafta.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.

***

Bu gün Xəzər dənizində zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 5.3 olan zəlzələ yerli vaxtla saat 13:05-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 70 kilometr olub. Yeraltı təkanlar Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçalada 3-4 bal hiss olunub.