Xəzərdə itən balıqçının axtarışlarına helikopter cəlb olunub

14:24 11.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzərdə itən balıqçının axtarışlarına helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.

 

Əlavə məlumat veriləcək.