Xəzərdən Orta Asiyaya tunel çəkilsin - Hasan Oktay

17:14 04.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu toplantısının “Türk əsri” adı altında bir araya gəlməsi son dərəcə əhəmiyyətlidir və “Türk” sözünün mühüm vurğuya malik olduğunu göstərir”.

Bunu hafta.az-a Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert  Hasan Oktay Astana Zirvə görüçü ilə bağlı bildirib.

H.Oktay bildirib ki, görüş İsrail üzərindən müharibənin kölgəsində qalsa da, bu görüşlər türk dövlətləri arasında ticarətin iqtisadi cəhətdən artırılması, standartların inkişafı, qanunun aliliyinə və insan haqlarına verilən dəyərin artırılması baxımından son dərəcə əhəmiyyətlidir.

“Azərbaycan Xəzərin qərbində tək qalmamalı, Türkiyə ilə daha güclü təmas qurmalıdır. Xəzərin şərqi ilə əlaqə qurmağın yolu isə Xəzərin statusunu müəyyən edib Azərbaycandan Qazaxıstana, Türkmənistana tunelin çəkilməsindən keçməlidir. Bu iki məsələ türk dövlətlərinin təşkilatlanmasının növbəti gündəliyi olmalıdır. Azərbaycanın Ermənistan vasitəsilə ərazi əlaqəsini təmin etmək və Xəzər dənizinin altından tunellə Qazaxıstan və Türkmənistana çıxışı asanlaşdırmaq lazımdır. Türkiyə, Ermənistan və Azərbaycan sülh üçün bu təşəbbüsdə lider olmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər