Xilasetmə əməliyyatı başa çatdı - Hadisə yerindən yeni VİDEO

08:48 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Məlumata görə, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub. Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.


Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.